1/

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Fəxri Xiyabanı ziyarət edib, Dövlət Bayrağı Muzeyində Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib

09-11-2025

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Fəxri Xiyabanı ziyarət edib, Dövlət Bayrağı Muzeyində Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Dənizkənarı Bulvar İdarəsinin kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Ümummilli Liderin xatirəsi anılıb, məzarı önünə gül dəstələri düzülüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə çiçəklər düzülüb.

Daha sonra Dövlət Bayrağı Muzeyində Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib. Tədbir çərçivəsində Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işlərinə həsr olunmuş videoçarx nümayiş olunub. Çıxışlar zamanı üçrəngli Azərbaycan bayrağının xalqımız üçün müqəddəs rəmz, müstəqilliyimizin və dövlətçiliyimizin simvolu, hər bir azərbaycanlının qürur mənbəyi kimi əhəmiyyətindən danışılıb, eləcə də 2025-ci  ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi və Zəfərin 5-ci öldünümü ilə əlaqədar Azərbaycan bayrağının dövlət rəmzi kimi ideoloji önəminə toxunulub.

DİGƏR XƏBƏRLƏR

16-03-2024

Dənizkənarı bulvarda panorama çarxının fəaliyyəti bərpa edildi

Daha çox
22-10-2021

Yeni Azərbaycan Partiyasına qəbul olan şəxslərin vəsiqələri təqdim olunub

Daha çox
07-04-2024

Tanınmış bloggerlər Dənizkənarı Milli Parkda bir araya gəldilər

Daha çox