1/

Bakı Bulvarında yeni festival başlayır

01-06-2026

Bakı Bulvarında yeni festival başlayır

İyunun 1-dən etibarən Dənizkənarı Milli Parkda növbəti irimiqyaslı festivala start verilir. Bu gündən etibarən Bakı Bulvarı iki ay ərzində şəhərin ən rəngarəng, ən dadlı və ən əyləncəli məkanına çevrilir. 
Bu dəfə Bakı Bulvarının ənənəvi yarmarka məkanı “CandyFest” yay festivalı üçün xüsusi olaraq hazırlanıb. Yayın ən müxtəlif dadlarını,  rənglərini və əhvalını əks etdirən CandyFest iyul ayının sonunadək ziyarətçilərin ixtiyarında olacaq. 

Festival hər yaşdan olan qonaqlara unudulmaz təəssüratlar yaşadacaq: müxtəlif mövzulu və rəngarəng dizayna malik satış köşklərində yayın ən müxtəlif dadları, əyləncə və oyunlar, canlı tamaşalar və s. ziyarətçilərə təqdim olunur.
Hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün maraqlı tamaşalar, interaktiv oyunlar və müxtəlif əyləncə proqramları təşkil ediləcək.

CandyFest-də əsas diqqət çəkən məqamlarından biri buradakı 1500 nəfərlik açıq hava amfiteatrıdır. Burada ilk dəfə olaraq ziyarətçilərə su sirki və möhtəşəm şou təqdim olunur. Xüsusi vizual həllər və musiqi müşayiəti ilə təqdim olunacaq proqram hər gün saat 20:30-da başlayacaq və 75 dəqiqə ərzində izləyiciləri fərqli bir dünyaya səyahətə aparacaq.
Saat 23:00-dan etibarən isə su sirki  böyüklər üçün xüsusi musiqili proqramlarla davam edəcək.

Festivala giriş sərbəstdir. Axşam saatlarında açıq hava amfiteatrında keçirilən su sirki şoularına biletləri iticket.az və şəhərin kassalarından əldə etmək mümkündür.

DİGƏR XƏBƏRLƏR

15-03-2024

Bulvarın 115 illiyinə həsr olunan fotomüsabiqə keçirilir

Daha çox
07-04-2026

7 aprel – Bakı şəhərinin incilərindən biri sayılan Dənizkənarı Bulvarın yarandığı gündür

Daha çox
01-06-2023

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə xüsusi qayğıya ehtiyacı olan uşaqlar da unudulmadı

Daha çox