1/

«Red Bull Car Park Drift»in Azərbaycan üzrə milli finalı keçirilib

29-06-2025

"Red Bull Car Park Drift"in Azərbaycan üzrə milli finalı keçirilib

     İyunun 28-də Dənizkənarı bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından biri olan “Red Bull Car Park Drift”in Azərbaycan üzrə milli finalı keçirilib. Dördüncü dəfə təşkil olunan yarış Azərbaycan Avtomobil Federasiyası (AAF), “Red Bull” şirkəti və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə baş tutub. Sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift”də 17 sürücü iştirak edib. Onlardan 8-i ikinci tura yüksəlib. Finalda isə dörd sürücü mübarizə aparıb. Xüsusi hazırlanmış maneələri dəf edərək münsiflərdən yüksək xal toplayan Pərviz Əzizov birinci yerin sahibi olub. Qalib 2026-cı ildə keçiriləcək “Red Bull Car Park Drift”in dünya finalında ölkəmizi təmsil edəcək.

DİGƏR XƏBƏRLƏR

17-06-2023

Bakı Bulvarında voleybola dəstək marafonu

Daha çox
16-09-2026

Bakı buxtasının Dənizkənarı Milli Park hissəsində su səthinin təmizlənməsi işləri davam edir

Daha çox
07-11-2025

Dənizkənarı Milli Parkda “Zəfər yolu ilə Böyük Qayıdış” adlı fotosərgi təşkil olunub

Daha çox