1/

Dənizkənarı Milli Parkda gənc karateçilərin iştirakı ilə kütləvi tədbir keçirilib

26-08-2022

26 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə, Gənclər və İdman nazirliklərinin dəstəyi, Veteran Tankçılar İctimai Birliyi, Azərbaycan Milli Karate Federasiyası, Bakı Dağ Yəhudiləri Dini İcması və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş kütləvi idman tədbiri keçirilib. Tədbirdə karateçilər, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestri, veteran tankçılar, idman və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir karateçilərin yürüşü və məşqləri ilə davam edib.

DİGƏR XƏBƏRLƏR

23-07-2021

İyulun 23-də Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şuraya təkrar seçkilər keçirilib.

Daha çox
15-03-2024

Bulvarın 115 illiyinə həsr olunan fotomüsabiqə keçirilir

Daha çox
29-07-2025

Bakı bulvarında növbəti "Kino axşamı" yaxınlaşır

Daha çox