1/

Dənizkənarı Bulvar İdarəsində maarifləndirici təlimlər keçirilib

26-12-2025

Dənizkənarı Bulvar İdarəsində maarifləndirici təlimlər keçirilib

Dənizkənarı Bulvar İdarəsində “Korrupsiyaya qarşı mübarizə və məsuliyyət” və “Etik davranış qaydalarının nəzəri və tətbiqi məsələləri” mövzularında maarifləndirici təlimlər təşkil olunub.

“Konstitusiya” Araşdırmalar Fondu ilə əməkdaşlıq çərçivəsində keçirilən təlimlərdə korrupsiyanın mahiyyəti, korrupsiya ilə bağlı hüquqpozmaların anlayışı və növləri, onların aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması yolları ətraflı şəkildə izah edilib. Eyni zamanda korrupsiyanın dövlət idarəçiliyinə və cəmiyyətə mənfi təsirləri, bu sahədə fərdi və institusional məsuliyyət məsələləri diqqətə çatdırılıb.

“Etik davranış qaydalarının nəzəri və tətbiqi məsələləri” mövzusuna həsr olunan təlimdə isə etik davranış prinsipləri, iş mühitində bu qaydaların tətbiqi və praktiki nümunələr əsasında yaranan situasiyalar müzakirə olunub. İştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

İnteraktiv formatda təşkil olunan təlimlər praktiki müzakirələr və situasiya təhlilləri ilə davam etdirilib. Tədbir əməkdaşların bilik və məlumatlılıq səviyyəsinin artırılmasına, eləcə də şəffaf və məsuliyyətli idarəetmə prinsiplərinin möhkəmləndirilməsinə xidmət edib

DİGƏR XƏBƏRLƏR

15-03-2021

Tələbələr üçün 3 aylıq Könüllü Təcrübə Proqramına start verilib

Daha çox
02-03-2024

Dənizkənarı Bulvar İdarəsi bir qrup media nümayəndəsi ilə görüş keçirib

Daha çox
25-09-2026

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarovun ARB 24 telekanalı və “Report” İnformasiya Agentliyinə xüsusi müsahibəsi:

Daha çox