1/

Su idman sarayı

Su idman sarayı

 «Aquatic Palace» çoxfunksiyalı idman kompleksi, idmançılara, idman azarkeşlərinə, həvəskar idmançılara, sağlam həyat tərzi keçirən böyüklər, və uşaqlara idmanla məşğul olmaq üçün yeni imkanlar və əhatə dairəsi yaradır. 2500 kv.m əhatə edən fitnes mərkəzinə yoqa, pilates, rəqs, zumba, sayklinq kimi 8 universal idman zalı daxildir. Ölkədə analoqu olmayan universal üzgüçülük hovuzları həm peşəkar, həm də həvəskar idmançılara istifadə etmək ücün təqdim olunur.Hovuzlar Avropa və Dünya standartlarına cavab verir. Hovuzların suyu xüsusi müasir avadanlıqlarla təmizlənir və daima sanitar-gigiyenik təhlükəsizlik qaydalarına riayət olunur. «Aquatic Palace» restoranında sizə klassik yeməklər, sizin sağlam həyat tərzinizin əsasını təşkil edən pəhriz yeməkləri daxil edilmiş menyu təqdim edilir ki, bu menyuda yeməklərin tərkibi və kalorisi ilə tanış ola bilərsiniz. Qeyd edək ki, kompleksin ətrafında 500 avtomobil üçün dayanacaq yaradılmışdır.