1/

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib

18-03-2026

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib

Martın 18-də Alena Əliyeva və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Dənizkənarı Milli Park ərazisində təşkil olunmuş Novruz yarmarkasını ziyarət ediblər.
Qonaqlar yarmarkada təşkil olunmuş köşklərə baş çəkib, təamların dadına baxıblar.
Azərbaycanda ilk inklüziv kafe olan "Kaşalata"nın köşkünün fəaliyyəti də diqqətdə saxlanılıb, kafenin əməkdaşlarına təbriklər ünvanlanıb, fəaliyyətlərində uğurlar arzulanıb.
Qonaqlar yarmarka ərazisində təşkil olunan əyləncə məkanına da baş çəkib, hədiyyəli yarışda özlərini sınayıblar.
Alena Əliyeva ziyarətçilər və iştirakçılarla şəkillər çəkdirib, ona hədiyyələr təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

04-03-2022

Dənizkənarı Bulvar İdarəsi yanında İctimai Şuranın martın 3 də növbəti - 2022-ci il üçün ilk iclası keçirilib

Daha çox
01-10-2022

Dənizkənarı Milli Parkın ərazisində idman yürüşü keçirilmişdir

Daha çox
11-09-2024

Formula-1 yarışı ilə əlaqədar Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılıb

Daha çox