1/

06-12-2019

Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə əməkdaşlığı ilə 6 dekabr 2019-cu il tarixdə Dənizkənarı Milli Parkda “Hərəkətdə ol!” sağlamlıq yürüşü keçirilib. Yürüşün təşkilində əsas məqsəd əhalini bir çox xəstəliklərin əsas risk faktoru olan fiziki passivlikdən uzaq olmağa, fəal həyat tərzi keçirməyə səsləmək idi. Səhiyyə könüllüləri, gələcəyin həkimləri və gənc idmançılardan ibarət yürüş iştirakçıları insanları sağlam həyat tərzi keçirməyə, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmağa çağırdılar. “Hərəkətli ol!”, “Tütündən imtina et!”, “Sağlam qidalan!” şüarları ilə əhalinin diqqətini cəlb edən yürüş iştirakçıları maraqlanan hər kəslə fiziki aktivliyin əhəmiyyəti barədə maarifləndirici söhbət apardılar. Əhalinin bir daha nəzərinə çatdırıldı ki, mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya və sümüklərin kövrəkləşməsinin qarşısını alır.

DİGƏR XƏBƏRLƏR

09-11-2022

Dövlət Bayrağı Günü münasibətilə müxtəlif tədbirlər həyata keçirilmişdir

Daha çox
25-10-2021

Texniki - Humanitar liseydə “Azərbaycan bayrağı” mövzusunda mühazirə keçirilib

Daha çox
26-06-2026

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dənizkənarı Milli Parkda “Boulevard Sports Club” idman klubunun açılışında iştirak ediblər

Daha çox