1/

27 Sentyabr – Anım günü

27-09-2021

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli, 2311 nömrəli Sərəncamına müvafiq olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, xalqımız işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. 44 günlük Vətən Müharibəsində ordumuz böyük qəhrəmanlıq və şücaət nümayiş etdirmiş, müharibəni Beynəlxalq humanitar hüququn norma və prinsiplərinə uyğun şəkildə və şərəflə aparmışdır.

Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarının şəhər və kəndlərininin raket və ağır artilleriya hücumlarına məruz qoyması və onlarla mülki vətəndaşın həyatına, sağlamlığına, mülkiyyətinə qəsd etməsi ordumuzun döyüş əzmini qıra bilməmişdir. Müzəffər ali baş komandanın rəhbərliyi altında daha böyük inamla irəli atılan qəhrəman döyüşçülərimiz 30 ildən artıq müddətdə Ermənistanın işğalı altında olan tarixi Azərbaycan torpaqları olan 300-dən çox yaşayış məntəqəsini, Qarabağın ürəyi Şuşa şəhərini azad edərək, gələcək nəsillər üçün şanlı tarix yazmışlar. 44 günlük Vətən müharibəsində vuruşan igid döyüşçümüzlərimizdən 2855 nəfəri torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla döyüşərək həlak olmuş və şəhidlik zirvəsinə ucalmış, 50 nəfəri itkin düşmüş elan edilmişdir. Yüzlərlə yaralı və şəhidin qanı-canı bahasına qazanılmış bu qələbə gələcək nəsillərə əmanətdir.

DİGƏR XƏBƏRLƏR

15-03-2021

Tələbələr üçün 3 aylıq Könüllü Təcrübə Proqramına start verilib

Daha çox
17-05-2021

Elan

Daha çox
27-09-2023

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Daha çox