1/

7 aprel – Bakı şəhərinin incilərindən biri sayılan Dənizkənarı Bulvarın yarandığı gündür

07-04-2026

7 aprel – Bakı şəhərinin incilərindən biri sayılan Dənizkənarı Bulvarın yarandığı gündür

7 aprel – Bakı şəhərinin incilərindən biri sayılan Dənizkənarı Bulvarın yarandığı gündür. Xəzər sahili boyunca uzanan bu əsrarəngiz məkanın əsası məhz 117 il əvvəl bu gündə qoyulub. Bir əsrdən artıq müddət ərzində bulvar paytaxtın inkişafının mədəni, sosial və memarlıq mərhələlərini əks etdirən şəhər məkanı kimi nəinki Bakının, eləcə də dünyanın ən unikal istirahət məkanlarından birinə çevrilib. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə dənizkənarı bulvara Milli Park status verilib. Son 20 il ərzində Bakı bulvarının ümumi uzunluğu 16,4 km-ə çatdırılaraq, şəhərin həm tarixini, həm də onun müasir simasını əks etdirən əvəzsiz məkana çevrilib.

Bakı bulvarı 2024-cü ildə Beynəlxalq Böyük Şəhər Parkları  (“International Large Urban Parks Award”) mükafatına, 2025-ci ildə isə “Green Flag” beynəlxalq mükafatını layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

14-09-2019

Bulvarda açıq karate seminarı təşkil olunub.

Daha çox
16-07-2025

Leyla Əliyeva Dənizkənarı Milli Parkda Azərbaycanda təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin açılışında iştirak edib

Daha çox
05-06-2026

5 iyun - Ümumdünya Ətraf Mühit Günüdür

Daha çox