1/

Bakı bulvarında tutuquşulara həsr olunan fotomüsabiqəyə start verilir

08-05-2026

Bakı bulvarında tutuquşulara həsr olunan fotomüsabiqəyə start verilir

Bakı Bulvarının ən maraqlı və rəngarəng sakinlərindən biri olan, onun canlı təbiətini özünəməxsus gözəlliyi ilə tamamlayan tutuquşulara həsr olunmuş fotomüsabiqəyə start verilir.
Müsabiqə çərçivəsində iştirakçılar Mayın 30-dək Dənizkənarı Milli Park ərazisində müşahidə etdikləri tutuquşuları ən yaradıcı və estetik baxışla foto-obyektivə köçürməyə dəvət olunurlar. Nəticədə 3 ən uğurlu fotonun müəllifi qalib elan ediləcək.

İştirakçılar çəkdikləri fotoları Dənizkənarı Bulvar İdarəsinin rəsmi internet saytında (bulvar.gov.az) xəbərlər bölməsində yerləşdirilmiş keçid vasitəsilə təqdim edə bilərlər.

Müsabiqənin şərtləri

* Hər iştirakçı müsabiqəyə yalnız bir foto ilə qatıla bilər;
* Yalnız müsabiqə müddətində (8 may – 30 may) Dənizkənarı Milli Park ərazisində çəkilmiş fotolar qəbul olunur. Daha əvvəl çəkilən fotolar müsabiqəyə daxil edilmir;
* Fotolarda ciddi manipulyasiya (süni intellekt, montaj, süni obyekt əlavə edilməsi və s.) qadağandır. Yalnız ümumi keyfiyyətin yaxşılaşdırılması məqsədilə (işıq, kontrast, rəng balansı və s.) minimal düzəlişlərə icazə verilir;
* Fotolar üzərində müəllif imzası, loqo və ya hər hansı identifikasiyaedici işarə olmamalıdır;
* ⁠Foto çəkilişləri zamanı tutuquşulara narahatlıq yaratmaq qadağandır.

Müsabiqənin mərhələləri:

I mərhələ: 8 may – 30 may
İştirakçılar çəkdikləri fotonu İdarənin Instagram səhifəsinin bio hissəsində yerləşdirilmiş link vasitəsilə və ya  events@bulvar.gov.az elektron poçt ünvanına  təqdim edə bilərlər. Son müraciət tarixi 30 maydır.

II mərhələ:
Tələblərə uyğun fotolar seçilir və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyən edilir.

Mükafatlar

* I yer – 500 AZN
* II yer – 300 AZN
* III yer – 200 AZN

Müsabiqənin qalibləri 10 iyun 2026-cı il tarixində Dənizkənarı Bulvar İdarəsinin rəsmi saytı (bulvar.gov.az) və sosial media hesablarında elan olunacaq.

Əlavə məlumat üçün:
☎️Telefon: +994 (12) 404 95 96 | 8773

DİGƏR XƏBƏRLƏR

05-07-2022

Azərbaycanın və ABŞ-ın Müstəqillik Günlərinin qeyd olunması ilə bağlı tədbir təşkil edilib

Daha çox
02-11-2021

“Gənc İstedadlar” liseyində “Azərbaycan bayrağı” adı altında mühazirə keçirildi

Daha çox
01-06-2026

Bakı Bulvarında yeni festival başlayır

Daha çox