1/

Bakı bulvarında yaza hazırlıqlar: dağlalələri əkilməyə başlayıb

03-02-2026

Bakı bulvarında yaza hazırlıqlar: dağlalələri əkilməyə başlayıb

Dənizkənarı Milli Parkın bağbanları yaz mövsümünə hazırlaşırlar. Bu il Bulvar ərazisində 8 çalarda ümumilikdə 80 mindən çox dağlaləsinin əkilməsi planlaşdırılıb.

Bağbanların zəhməti, səbri və sevgisi ilə ərsəyə gələn bu güllər mart ayından etibarən parkın müxtəlif hissələrində açaraq ziyarətçilərə baharın əlvan rənglərini və əhvalını bəxş edəcək.

Dağlaləsi sərt iqlim şəraitinə davamlı və parlaq rəngləri ilə seçilən nadir bitkilərdəndir. Son bir neçə il ərzində onların Dənizkənarı Milli Park ərazisində əkilməsi Bakı bulvarına özünəməxsus bir gözəllik qatır.

DİGƏR XƏBƏRLƏR

10-05-2023

Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

Daha çox
06-09-2021

Vətən müharibəsi iştirakçıları

Daha çox
27-09-2026

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Zəfər Parkını ziyarət edib

Daha çox