1/

Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək

16-10-2026

Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək

Oktyabrın 12-18-də Dənizkənarı Milli Parkda Azərbaycanın özünəməxsus çay mədəniyyətini bütün zənginliyi ilə bir araya gətirən Çay Festivalı keçiriləcək.

Azərbaycan qonaqpərvərliyinin və süfrəsinin ayrılmaz hissəsi olan çay mövzusu bu dəfə Bakı bulvarında yerli ləzzətləri və çay mədəniyyətinə bağlı ən müxtəlif elementləri bir araya gətirəcək.

Festivalda Azərbaycanın aparıcı çay istehsalçılarının məhsulları, bölgələrimizə xas şirniyyatlar və çay süfrəsini tamamlayan müxtəlif təamlar təqdim olunacaq. Ziyarətçilər həmçinin çay süfrəsinə aid ənənəvi və dekorativ əşyalarla tanış ola biləcəklər. Festivalda 
özünəməxsus çay mədəniyyəti ilə seçilən ölkələrin nümayəndələri də iştirak edəcək. 

Tədbirin məqsədi Azərbaycanın milli çay mədəniyyətini tanıtmaq, yerli istehsalçıların müxtəlif məhsullarını təşviq etmək və çayı yalnız bir içki kimi deyil, insanları birləşdirən mədəni ənənə kimi təqdim etməkdir.  

Festivala giriş sərbəstdir

DİGƏR XƏBƏRLƏR

26-07-2024

Gənclər və İdman Nazirliyinin 30 illiyi Bakı bulvarında qeyd olundu

Daha çox
04-06-2020

Bulvarın tarixi fotoşəkillərdə

Daha çox
26-02-2026

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Daha çox