1/

Dövlət orqanlarında kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təlim təşkil edilmişdir

13-12-2022

Dövlət orqanlarında kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təlim təşkil edilmişdir

 

13 dekabr 2022-ci ildə Dənizkənarı Bulvar İdarəsində “Dövlət orqanlarında kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı” təlim təşkil edilmişdir.

Təlimdə dövlət orqanlarında düzgün və uğurlu kommunikasiyanın qurulmasının  əhəmiyyəti, kommunikasiyanın idarəetmədəki rolu, əməkdaşlar arasında kommunikasiyanın effektivliyinin daha da artırılması yolları, kommunikasiya növləri və vasitələri haqqında interaktiv müzakirələr aparılmışdır.

Təlimdə Dənizkənarı Bulvar İdarəsi Aparatının və tabeliyindəki qurumların müvafiq struktur bölmələrinin  əməkdaşları fəal iştirak etmişlər.

DİGƏR XƏBƏRLƏR

05-01-2022

İctimai Şura QAYNAR XƏTT yaratdı

Daha çox
08-05-2026

Bakı bulvarında tutuquşulara həsr olunan fotomüsabiqəyə start verilir

Daha çox
25-09-2024

Dənizkənarı Milli Park Niderlandda Ümumdünya Şəhər Parkları mükafatına layiq görüldü

Daha çox