1/

21-09-2019

Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunan “Bir günəş altında” adlı fotosərgi açılıb. Sərgi Heydər Əliyev Fondunun dəstəyi, Bakı Media Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib. Bu sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin Bakı Media Mərkəzinin peşəkar fotoqrafları tərəfindən lentə alınmış fotoşəkilləri təqdim edilir. Sərgidə nümayiş olunan fotoların müəllifləri Bakı Media Mərkəzinin fotoqrafları Vüqar İbadov və Zaur Mirzəyevdir. Fotosərginin təşkil edilməsində məqsəd Azərbaycanda tolerant mühitin formalaşdığını, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquq və azadlıqlardan istifadə etmək imkanı qazandığını bir daha göstərməkdir.

DİGƏR XƏBƏRLƏR

26-06-2026

Bakı buxtasının Dənizkənarı Milli Park akvatoriyasına düşən hissəsinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və su hövzəsinin təmizliyinin təmin edilməsi tədbirləri çərçivəsində innovativ "WasteShark" üzən sutəmizləmə qurğusunun təqdimatı olub

Daha çox
16-06-2026

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti təşkil olunub

Daha çox
08-03-2025

“Gözəllik Paylaşdıqca Çoxalır” Aksiyası Milli Dənizkənarı Parkda Keçirildi

Daha çox