1/

Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları mövzusuna həsr olunmuş təlim keçirildi

21-09-2022

Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları mövzusuna həsr olunmuş təlim keçirildi

     Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022–ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə İdarə Heyətinin 16 sentyabr 2022-ci il tarixli, PHŞ/4-3.2-2022-30 nömrəli Qərarı əsasında 21 sentyabr 2022-ci il tarixində Bakı Kristal Zalında “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusuna həsr olunmuş təlim keçirilmişdir. Dənizkənarı Bulvar İdarəsinin rəhbər və işçi heyəti, habelə İdarədə yaradılmış İctimai Şura üzvləri iştirakı ilə keçirilmiş təlimdə “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin rəhbəri Əhməd Abbasbəylinin təqdimatında “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda ikihissəli prezentasiya nümayiş olunmuş, təlim iştirakçılarına ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin tələbləri və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmiş, interaktiv qaydada fikir mübadiləsi aparılmışdır. 2022-ci il ərzində İdarənin əməkdaşları tərəfindən etik davranış qaydalarının pozulması halları müşahidə edilməmiş və heç bir intizam tənbehi tədbirləri tətbiq olunmamışdır.

DİGƏR XƏBƏRLƏR

01-12-2023

Dənizkənarı Bulvar İdarəsində “Kommunikasiya və etika” mövzusunda təlim keçirilib

Daha çox
27-09-2024

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Zəfər parkında olublar

Daha çox
15-03-2021

Tələbələr üçün 3 aylıq Könüllü Təcrübə Proqramına start verilib

Daha çox