İyulun 23-də Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şuraya təkrar seçkilər keçirilib.
İyulun 23-də Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şuraya təkrar seçkilər keçirilib.
Qeydiyyata alınmış 98 təmsilçidən 60 nəfəri seçkidə iştirak etmişdir və təmsilçilərin iştirakı ilə bağlı müvafiq qeydiyyat aparılmışdır. Bir nəfər 6 namizədə səs verdiyi üçün onun seçki bülleteni (1 ədəd) etibarsız sayılmışdır. 23.07.2021-ci il tarixdə keçirilmiş təkrar seçkilər zamanı ən çox səs toplamış aşağıdakı namizədlər Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şuranın tərkibinə seçilmiş hesab olunurlar: 1. Ramil Əliyev (İnkişafa və İslahatlara Dəstək İctimai Birliyi); 2. Cəmilə Abdulova (Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi); 3. Bahar Məmmədova (Regional Əməkdaşlıq və Sosial İnkişaf İctimai Birliyi); 4. Nərminə Qəribova (Davamlı Turizmin İnkişafına Dəstək İctimai Birliyi); 5. Qəmzə Yusubova (Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi).
Qaliblərin hər birini təbrik edir və Dənizkənarı Bulvar İdarəsi ilə birgə fəaliyyətində uğurlar arzu edirik!
https://onder.tv/main/458-dnizknar-bulvar-darsinin-yannda-ctimai-uraya-seckilr-yekunlab-syahi.html
Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib
Dənizkənarı Milli Parkda qaçış üzrə marafon keçirilib
15 İyun Milli Qurtuluş günü və Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Dənizkənarı Bulvar İdarəsi aksiya keçirib