1/

Azərbaycan Memarlıq və İnşaat Universitetində tədbir

30-09-2022

30 sentyabr 2022-ci il tarixində Dənizkənarı Bulvar İdarəsinin kollektivi Azərbaycan Memarlıq və İnşaat Universitetində “İctimai məkanda müvəqqəti, pərakəndə ticarət məqsədli kiçik memarlıq həcminin interyerinin yaradılması” layihəsinə həsr olunan tədbirdə iştirak ediblər. Tədbirdə Universitetin Memarlıq fakültəsinin dizayn ixtisası üzrə tələbələrinin Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Milli Xalça Muzeyi və Sandiqca mağazalar şəbəkəsi üçün hazırladığı dizayn nümunələrinin təqdimatı olub.

Tədbir iştirakçıları öz çıxışlarında layihənin önəminə toxunaraq bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Sonda AZMİU-nun tələbələrinə layihədə iştiraklarına görə sertifikatlar təqdim olunub. Qaliblər isə xüsusi həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

DİGƏR XƏBƏRLƏR

09-11-2023

Dənizkənarı Milli Parkda Dövlət Bayrağı Günü qeyd olundu

Daha çox
15-04-2024

Bakı Bulvarında açılan fotosərgi ilə tanış olmusunuzmu?

Daha çox
26-03-2020

DƏNİZKƏNARI MİLLİ PARKDA NÖVBƏTİ DEZİNFEKSİYA İŞİ APARILIB

Daha çox