1/

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olundu

02-11-2026

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olundu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər.
Daş Salnamə Muzeyində rəssam, heykəltaraş Orxan Nəbizadənin “Qədim daş, müasir yaddaş” və Elvin Nəbizadənin isə “Məsuliyyət radiusu” adlı layihələri təqdim olunub.
“Qədim daş, müasir yaddaş” adlanan layihə Qobustanın qədim qayaüstü təsvirlərindən ilhamlanaraq ərsəyə gətirilib. Heykəltaraşlıq nümunələrində Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və şah qartalı təsvir olunub. “Məsuliyyət radiusu” adlı layihədə isə insanın vəhşi təbiətə münasibəti interaktiv formada təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

01-06-2026

Bakı Bulvarında yeni festival başlayır

Daha çox
03-06-2020

Bulvarda gözəllik yaradan insanlar

Daha çox
25-05-2023

Dənizkənarı Milli Parkda məktəblilər üçün Ekoloji triada aksiyası keçirilib

Daha çox