1/

19-12-2019

Bütün Dənizkənarı Milli Park ərazisi yeni dizaynda, daha rəngarəng və müasir formada bəzədilir. Artıq Neftçilər prospekti boyunca və Bulvar ərazisindəki bütün Şam ağacları və dirəklər çılçıraqlarla bəzədilib. Bulvar boyunca ayrı ayrı rəngarəng kompazisiyalar qurulur. Bayram günlərində Bulvara giriş istiqamətlərində paytaxt sakinləri və qonaqlar təmtəraqlı bəzəklərlə qarşılanacaq. Artıq Kukla teatrının yanındakı yeraltı keçidin önündə bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 67 m olan tunel quraşdırılıb.

Bulvar ərazisində iki Yolka quraşdırılıb. Bunlardan biri Köhnə Bulvar ərazisində Dinamo deyilən yerdə (təxminən 12 metr), digəri Ağ Şəhər Bulvarı ərazisində (təxminən 18 metr) hündürlüyündədir. Bayram günlərində Bulvarda Yeni ilin bütün atributlarına rast gələ biləcəksiniz. Rəngarən bəzədilmiş retro maşınlar müəyyən ərazilərdə hərəkət edəcək. Gələn həftədən başlayaraq təxminən 3 həftə ərzində Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacaq. Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı surprizlər, canlı musiqi gözləyir. Bulvardakı bayram ab-havası həm uşaqlar, həm də böyüklər üçün maraqlı olacaq.

DİGƏR XƏBƏRLƏR

12-12-2024

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Daha çox
08-06-2025

“Peking to Paris Motor Challenge” yarışının avtomobilləri Bakı bulvarında nümayiş olundu

Daha çox
07-11-2025

Dənizkənarı Milli Parkda “Zəfər yolu ilə Böyük Qayıdış” adlı fotosərgi təşkil olunub

Daha çox