1/

Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

27-01-2026

Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə yanvarın 27-də Nazirlər Kabinetində “Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv olunmuş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, həmçinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025–2030-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclas keçirilib.

Baş nazir Əli Əsədov çıxışında Xəzər dənizində köhnəlmiş hidrotexniki qurğuların, eləcə də uzunmüddətli antropogen təsirlərin Bakı buxtasında, o cümlədən Dənizkənarı bulvar akvatoriyasında çirklənməni dərinləşdirdiyini qeyd edərək, ekoloji vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.

Müzakirələr nəticəsində Xəzər dənizində monitorinqlərin aparılması, interaktiv xəritə-sxemin hazırlanması, qəzalı qurğuların və batmış gəmilərin çıxarılması, görülən tədbirlərin dəniz ətraf mühitinə təsirinin qiymətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Eyni zamanda Bakı buxtasının (Dənizkənarı bulvarın) təmizlənməsi məqsədilə dəniz suyunun çəkilməsi ilə sahilə yaxın metal konstruksiyaların kənarlaşdırılması, hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, su səthində üzən neft ləkələrinin və tullantıların, eləcə də neftlə çirklənmiş torpaqların təmizlənməsini nəzərdə tutan Tədbirlər Planının hazırlanması tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

18-02-2020

Dənizkənarı Bulvar İdarəsindən Azərbaycan əsgərinə salam!

Daha çox
27-09-2021

27 Sentyabr – Anım günü

Daha çox
25-10-2021

Texniki - Humanitar liseydə “Azərbaycan bayrağı” mövzusunda mühazirə keçirilib

Daha çox