1/

Bakı bulvarında Caz və Şərab festivalı keçiriləcək

08-04-2026

Bakı bulvarında Caz və Şərab festivalı keçiriləcək

Dənizkənarı Milli Park şəhər həyatının mədəni ritmini zənginləşdirəcək növbəti möhtəşəm tədbirə ev sahibliyinə hazırlaşır. 24 aprel – 3 may tarixlərində burada ilk dəfə Caz və Şərab festivalı keçiriləcək. 

Festivalın əsas məqsədi yüksək keyfiyyətli caz musiqisini, zərif qastronomik təcrübələri  və seçilmiş şərab istehsalçılarını bir məkanda birləşdirərək ziyarətçilərə fərqli və unudulmaz mühit təqdim etməkdir. 10 gün müddətində ziyarətçiləri tanınmış caz ifaçılarının canlı konsertləri, improvizasiyalar, gənc musiqi kollektivlərinin çıxışları və zövqlü musiqi proqramları gözləyir. Bununla yanaşı, yerli məhsullar və istehsalçıların tanıdılması və dəstəklənməsi məqsədilə müxtəlif qastronomik layihələr və yerli şərab istehsalçıları öz məhsullarını təqdim edəcək, dequstasiyalar və master klasslar qonaqların ixtiyarına veriləcək.

Dövlət Kukla Teatrı yaxınlığında, ənənəvi yarmarka ərazisində geniş ziyarətçi auditoriyası üçün nəzərdə tutulan festival hər gün saat 13:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Festival ərazisinə giriş sərbəstdir. Festival iştirakçıları hər gün saat 19:00-21:00-dək yerli caz ifaçılarının canlı konsert proqramlarını dinləmək imkanı əldə edəcək. Konsert üçün ayrılmış xüsusi zonalar üçün biletlərin satışı şəhərin kassalarında və onlayn platformalarda təşkil olunub.

DİGƏR XƏBƏRLƏR

27-09-2024

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Zəfər parkında olublar

Daha çox
10-06-2024

Red Bull Car Park Driftin Azərbaycan üzrə milli finalı keçirilib

Daha çox
09-06-2024

Retro avtomobil həvəskarları Dənizkənarı Milli Parkda bir araya gəldilər

Daha çox