Vətən müharibəsi iştirakçıları
Vətən müharibəsi iştirakçıları
Dənizkənarı Bulvar İdarəsində işə qəbul zamanı Vətən müharibəsi iştirakçılarına üstünlük verilməsi və onların asanlaşdırılmış qaydada, yaxud digər şəxslərlə müqayisədə bir pillə yüksək vəzifələrə işə qəbul edilməsi İdarənin kadr siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Hazırda İdarədə 26 nəfər Vətən müharibəsi iştirakçısı müxtəlif vəzifələr üzrə işləyir. Onların bir çoxunun döyüş bölgələrində göstərdiyi qəhrəmanlıq və şücaət Azərbaycan dövləti tərəfindən müvafiq medallarla qiymətləndirilmişdir.
Dənizkənarı Bulvar İdarəsi olaraq, qəhrəman əməkdaşlarımızın həvəsləndirilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması üçün həm İdarə, həm də İdarənin Həmkarlar İttifaqı Komitəsi tərəfindən mütəmadi tədbirlər görülür. Müharibə iştirakçısı olmuş əməkdaşlarımızla fəxr edir və onlar barədə qısa məlumatı təqdim edirik:
Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib
Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi keçirilib
Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib