1/

Dövlət Bayrağı Günü münasibətilə müxtəlif tədbirlər həyata keçirilmişdir

09-11-2022

Dövlət Bayrağı Günü münasibətilə müxtəlif tədbirlər həyata keçirilmişdir

          9 noyabr 2022-ci il tarixində Dövlət Bayrağı Günü münasibətilə Dənizkənarı Bulvar İdarəsi tərəfindən müxtəlif tədbirlər həyata  keçirilmişdir.

İlk öncə, Azneft meydanında əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi altında ŞUŞAM Kamera xoru və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Xəzər” xor kollektivi tərəfindən Dövlət himni səsləndirilmiş, himn oxunduqdan sonra Dövlət bayrağının rənglərindən ibarət helium şarlar səmaya buraxılmışdır.

        Bundan əlavə, Dənizkənarı Milli Parkın ərazisindəki müxtəlif məntəqələrdə ziyarətçilərə Azərbaycan Respublikasının Dövlət bayrağı və döş nişanları hədiyyə edilmişdir. Aksiya zamanı bayram abu-havası yaratmaq məqsədilə uşaqların üzlərinin Dövlət bayrağının rənglərində boyanması (Face art)  həyata keçirilmişdir.

Dövlət Kukla Teatrının arxasındakı səhnədəki böyük monitorda Dövlət Bayrağı Gününə həsr edilmiş videoçarxlar da nümayiş etdirilmişdir.

DİGƏR XƏBƏRLƏR

17-05-2021

Elan

Daha çox
10-05-2026

Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Daha çox
04-11-2021

Dənizkənarı Milli Parkda böyük qələbəmizə həsr olunan Zəfər Yarmarkası davam edir

Daha çox