1/

Dənizkənarı Milli Parkda sincabların yaşadığını bilirdinizmi?

28-07-2025

Dənizkənarı Milli Parkda sincabların yaşadığını bilirdinizmi?

    Bir çoxumuzun şəhər mühitində görməyə alışmadığı sincabların Dənizkənarı Milli Parkda yaşadığını bilirdinizmi? Ürkək və olduqca sürətli olan bu balaca canlılar Bakı bulvarındakı müxtəlif ağaclar arasında özlərinə yuva salıblar.

    Bakı bulvarında məskən salmış bu canlılar bir daha göstərir ki, Dənizkənarı Milli Park təkcə şəhər parkı deyil, təbii tarazlığın və biomüxtəlifliyin qorunduğu bir ekosistemdir. 

    Təbii ki, bu, həm də yerli sakinlər və turistlər üçün nadir və maraqlı bir mənzərədir.

DİGƏR XƏBƏRLƏR

14-07-2022

Təmiz şəhər üçün "Hərəkətdə ol" devizi ilə veloyürüş keçirilib

Daha çox
09-11-2024

Dövlət Bayrağı Meydanında ucaldılan üçrəngli bayrağımız ölçüsünə görə "Ginnesin rekordlar kitabı"na düşüb

Daha çox
17-01-2020

Brügge şəhərində keçirilən “Milli Həftə” layihəsində ölkəmiz təmsil olunub

Daha çox