1/

17-01-2020

Belçikanın Brügge şəhərindəki Avropa Kollecində "Azərbaycan mədəniyyəti günləri" keçirilib. “Milli Həftə” layihəsi çərçivəsində gerçəkləşən tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, Dənizkənarı Bulvar İdarəsinin və Dövlət Turizm Agentliyinin dəstəyi, Avropa Kollecinin magistratura tələbələri - Azərbaycan Diaspor Gənclərinin Brügge üzrə koordinatoru Rüstəm İsgəndərov və Pərviz Rüstəmovun təşkilatçılığı ilə baş tutub. Tədbirdə müxtəlif universitetlərdə təhsil alan 350 nəfərə yaxın yerli və xarici tələbələr, diplomatlar, yerli ictimaiyyətin, beynəlxalq təşkilatların və KİV-lərin nümayəndələri iştirak ediblər.

Azərbaycan guşəsində dövlət rəmzləri, Azərbaycanın tarixinə, mədəniyyət və incəsənətinə həsr olunmuş kitablar, bukletlər, suvenirlər, milli mətbəx nümunələri nümayiş etdirilib. Qonaqlara xalqımızın tarixi, zəngin mədəniyyəti və incəsənəti, son illərdə ölkəmizin ev sahibliyi etdiyi irimiqyaslı beynəlxalq yarışlar barədə ətraflı məlumat verilib. Onların diqqəti Azərbaycan və Avropa mədəniyyətləri arasında çoxlu oxşarlığın mövcudluğuna, Şərqdə ilk dəfə ölkəmizdə qadınlara səsvermə hüququ verildiyinə, ilk operanın yazıldığına və Vətənimizin zənginliklərinə cəlb edilib. Qeyd edək ki, Avropa araşdırmaları üzrə müstəqil elmi-tədqiqat universiteti olan kollec Avropa İttifaqı siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Bu tədris ocağının professor heyətində Avropa ölkələrində yüksək vəzifələrdə çalışan dövlət xadimləri və diplomatlar təmsil olunurlar.

DİGƏR XƏBƏRLƏR

26-02-2020

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib.

Daha çox
02-11-2021

“Gənc İstedadlar” liseyində “Azərbaycan bayrağı” adı altında mühazirə keçirildi

Daha çox
11-05-2023

Dənizkənarı Milli Parkda Gənclər üçün festival...

Daha çox