1/

Mirvari kafesi

Simvollar

“Mirvari” kafesi bulvarın əsas incilərindən sayılır.  Mirvari kafesinin layihəsi 1960-cı illərdə Bakı meri Əliş Ləmbəranski tərəfindən verilib. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş restoranın şəklini görəndən sonra qərara gəlir.

Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur. Kafe tikildikdən sonra bulvarın əsas simvoluna çevrilməklə yanaşı həm də Bakını dünyaya tanıdan bir məkana çevrilir. Dünyanın ancaq üç ölkəsində (Azərbaycan, İspaniya, Meksika) bu forma və üslubu özündə əks etdirən tikili var idi. (Azərbaycan - Bakıda "Mirvari" kafesi, Meksikada - Los-Monantiales, İspaniya - Valensiya Sərgi salonu). Kafenin quruluşu əsasən beton təbəqəsinin nazik olması ilə diqqəti cəlb edir. Bu kafenin özünəməxsusluğu isə maraqlı həll edilən örtükdədir. Belə ki, örtük ağac taxtabənd üzərində toklet betondan tökülüb.