1/

Paraşüt qülləsi

Simvollar

Dənizkənarı parkın ərazisində Sovet dövründə ilk əhəmiyyətli obyekt 1936-cı ildə tikilmiş paraşüt qülləsi hesab edilir. 75 metr hündürlüyündə olan qüllə bütün Sovet İttifaqı ərazisində ən hündürü hesab edilirdi. Bu qüllə Bakı Şəhər Sovetinin təşəbbüsü ilə “Bakinskiy Raboçiy” maşınqayırma zavodunda hazırlanmışdır. Paraşütdən tullanmaq idman növünə marağı olan hər kəs buradan istifadə edirdi. Burada gənclərin ilk hərbi hazırlığı üzrə paraşüt tullanmaları təlimləri də keçirilirdi. Paraşüt qülləsinə 20, 25, 60 metrlik yüksəkliklərdən tullanmaq imkanı var idi. 1960-cı illərdə burada bədbəxt hadisə baş verdikdən sonra qüllə fəaliyyət göstərmədi. Lakin qüllə sökülmədi, keçmişin bir xatirəsi olaraq saxlanıldı. 2008-ci ildən Qüllənin üzərindəki lövhədə vaxt, küləyin gücü, havanın və dəniz suyunun istiliyi göstərilir.