Dövlət Bayrağı Günü Milli Parkda
Dövlət Bayrağı Günü Milli Parkda
Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bulvar ərazisində pulsuz face-art təşkil edib. Aksiya çərçivəsində 10 nöqtədə arzu edən hərk kəsin üzünə boya ilə bayraq şəkilləri çəkilib. Face-artdan istifadə edən bütün qonaqlara pulsuz bayraqlar hədiyyə olunub.
Aksiyanı keçirməkdə məqsəd Azərbaycanın azadlığının, suverenliyinin simvolu, xalqın qürur mənbəyi olan dövlət bayrağının təbliğ olunması, xüsusən yetişməkdə olan gənc nəslə bayrağa sevgi və hörmət hissini aşılamaqdır.
Daha sonra bayram tədbiri Dənizkənarı Bulvar İdarəsi və “Mədəniyyət” telekanalının birgə təşkil etdiyi konsert proqramı ilə davam etdirilib. Tanınmış incəsənət ustalarının iştirakı ilə baş tutan bayram konserti "Mədəniyyət" telekanalının efirində yayımlanıb.
İctimai Şura QAYNAR XƏTT yaratdı
“Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusuna təlim keçirilmişdir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə ailə dəyərlərinin qorunması mövzusunda tədbir keçirilib