1/

Dənizkənarı Bulvar İdarəsində qanvermə aksiyası keçirilib

15-11-2019

Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Talassemiya Federasiyasının "Donor günü" aksiyasına qoşulub. İdarədə könüllü qanvermə aksiyası təşkil edilib. Aksiyada Dənizkənarı Bulvar İdarəsinin 70 əməkdaşı qan verib. Azərbaycan Talassemiya Federasiyasının xüsusi tibb işçiləri donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Aksiyanı keçirməkdə məqsəd talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım etməkdir. Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

DİGƏR XƏBƏRLƏR

11-05-2023

Dənizkənarı Milli Parkda Gənclər üçün festival...

Daha çox
06-03-2023

Dənizkənarı Milli Parkda İdman yürüşü...

Daha çox
30-04-2024

Dənizkənarı Milli Parkda dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılır

Daha çox