1/

04-06-2020

Dənizkənarı Milli Parkda sakinlərin və turistlərin böyük marağına səbəb olan “Bakı bulvarının tarixi fotoşəkillərdə” adlı sərgi yenidən vətəndaşların ixtiyarına verilib. Sərgidə nümayiş etdirilən 100-dən çox fotoşəklin əksəriyyəti ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunur. Şəxsi kolleksiyalardan, xarici və yerli arxivlərdən toplanaraq yüksək keyfiyyətlə bərpa edilən nadir fotoşəkillər Dənizkənarı sahilin və Bakı bulvarının 1861-ci ildən 1990-cı illərə qədər olan tarixini əhatə edir. Sərgidə Bakı şəhərinin dənizdən çəkilmiş ilk fotoşəkilləri də (1860-cı illər) nümayiş olunur. Açıq havada təşkil edilən sərginin məqsədi Bakı bulvarının tarixi inkişaf mərhələlərinin əyani surətdə nümayiş etdirmək, vətəndaşları, o cümlədən xarici turistləri maarifləndirməkdir.

DİGƏR XƏBƏRLƏR

06-12-2019

Bakı Bulvarında sağlamlıq yürüşü

Daha çox
02-04-2026

Dənizkənarı Milli Parkda Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb

Daha çox
04-11-2021

Dənizkənarı Milli Parkda böyük qələbəmizə həsr olunan Zəfər Yarmarkası davam edir

Daha çox