1/

Dənizkənarı Bulvar İdarəsi yanında İctimai şuranın ilk iclası kieçirildi

12-08-2021

Dənizkənarı Bulvar İdarəsi yanında İctimai şuranın ilk iclası kieçirildi

Avqustun 12-də Dənizkənarı Bulvar İdarəsi yanında İctimai şuranın ilk iclası keçirilmişdir.

Həm İctimai şuraya seçkilərin keçirilməsi, həm də İctimai şuranın ilk iclası zamanı qanunvericiliyin tələblərinə ciddi əməl olunmuş, İdarənin fəaliyyətinə vətəndaş cəmiyyəti institutlarının şəffaf formada cəlb edilməsi və birlikdə arzu olunan nəticələrə nail olunması üçün bütün şərait yaradılmışdır. Qeyd olunan məsələlər İctimai şura üzvləri tərəfindən də vurğulanmış və razılıqları ifadə edilərək alqışlanmışdır.

 

İctimai şuranın ilk iclasında İdarə tərəfindən İctimai şura ilə birgə fəaliyyət və uğurlu əməkdaşlıq üçün hər cür şərait yaradılacağı bildirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş  “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair” Əsasnamənin 4.1-ci bəndinə uyğun olaraq, İdarənin İdarə Heyətinin 26 iyul 2021-ci il tarixli 18 nömrəli Qərarı əsasında nümunəsi təsdiq edilmiş üzvlük vəsiqələri İctimai şura üzvlərinə paylanmışdır.

Bundan sonra İctimai şura üzvləri tərəfindən İctimai şuranın sədri, sədr müavini və katibi seçilmişdir.

İctimai şura üzvlərini bir daha təbrik edirik!

 

https://onder.tv/main/464-dnizknar-bulvar-darsind-seckilrin-nticlri-aciqlandi.html

 

DİGƏR XƏBƏRLƏR

05-01-2022

İctimai Şura QAYNAR XƏTT yaratdı

Daha çox
01-06-2023

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə xüsusi qayğıya ehtiyacı olan uşaqlar da unudulmadı

Daha çox
20-02-2024

Dənizkənarı Bulvar ərazisinin monitorinqi aparılır

Daha çox