1/

“Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusuna təlim keçirilmişdir

26-10-2021

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022–ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə İdarə Heyətinin 01 oktyabr 2021-ci il tarixli, 21 nömrəli Qərarı əsasında 26 oktyabr 2021-ci il tarixində Bakı Kristal Zalında “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusuna həsr olunmuş təlim keçirilmişdir.

Təlimdə “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin rəhbəri Əhməd Abbasbəylinin təqdimatında “Etik davranış qaydaları” və “Korrupsiyaya qarşı mübarizə” mövzularında prezentasiya nümayiş olunub, təlim iştirakçılarına ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin tələbləri və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, interaktiv qaydada fikir mübadiləsi aparılıb. 2021-ci il ərzində İdarənin əməkdaşları tərəfindən etik davranış qaydalarının pozulması halları müşahidə edilməmiş və heç bir intizam tənbehi tədbirləri tətbiq olunmamışdır.

DİGƏR XƏBƏRLƏR

01-10-2022

Dənizkənarı Milli Parkın ərazisində idman yürüşü keçirilmişdir

Daha çox
01-06-2021

Milli Parkda dezinfeksiya tədbirləri həyata keçirilmişdir.

Daha çox
04-11-2021

Dənizkənarı Milli Parkda böyük qələbəmizə həsr olunan Zəfər Yarmarkası davam edir

Daha çox