1/

Red Bull Car Park Driftin Azərbaycan üzrə milli finalı keçirilib

10-06-2024

"Red Bull Car Park Drift"in Azərbaycan üzrə milli finalı keçirilib

    Dənizkənarı bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından biri olan "Red Bull Car Park Drift"in Azərbaycan üzrə milli finalı keçirilib.

     Azərbaycan Avtomobil Federasiyası (AAF), "Red Bull" şirkəti və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə baş tutan və özünəməxsus sərt qaydalarla zəngin olan "Red Bull Car Park Drift" yarışında ən bacarıqlı 16 iştirakçı milli final mərhələsində iştirak edib.

     2012-ci ildə Əbu-Dabidə ən uzun drift edərək adını "Ginnesin Rekordlar Kitabı"na yazdıran dünya şöhrətli Abdo Feqali də yarış iştirakçılarına dəstək olmaq üçün Bakıya gəlib.

     Qeyd edək ki, Abdo Feqali ötən il də "Red Bull Car Park Drift Azerbaijan"ın qonağı olmuşdu.

DİGƏR XƏBƏRLƏR

27-09-2024

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Zəfər parkında olublar

Daha çox
19-06-2019

Bakı Bulvarı Buta Airways jurnalının yay buraxılışında

Daha çox
16-06-2026

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti təşkil olunub

Daha çox