1/

Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan Bayrağının Ginnesin Rekordlar Kitabındakı rekordu yenilənib

20-11-2025

Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan Bayrağının Ginnesin Rekordlar Kitabındakı rekordu yenilənib

Dövlət Bayrağı Meydanında ucaldılan Azərbaycan Respublikasının Dövlət Bayrağının ölçüləri yenidən müəyyən olunaraq yeni rekord kimi təsdiqlənib. Ginnesin Rekordlar Kitabının münsifi və beynəlxalq ekspertlər tərəfindən aparılan ölçmə işlərinin nəticələrinə əsasən, Meydandakı Azərbaycan Bayrağı Ginnesin Rekordlar Kitabında eni 40 metr, uzunluğu isə 80 metr olaraq qeydə alınıb.

2024-cü ilin noyabrında bu göstəricilər uyğun olaraq 36 metr və 72 metr kimi təsdiqlənmişdi.

Qeyd edək ki, bayraq dirəyinin hündürlüyü 201,191 metr, dirəyin pyedestal üzərindəki diametri 5,7 metr, çəkisi isə təxminən 1500 ton təşkil edir.

DİGƏR XƏBƏRLƏR

07-04-2024

Dənizkənarı Bulvar İdarəsi bir qrup bloggerlə görüş keçirib

Daha çox
01-12-2023

Dənizkənarı Bulvar İdarəsində “Kommunikasiya və etika” mövzusunda təlim keçirilib

Daha çox
03-02-2026

Bakı bulvarında yaza hazırlıqlar: dağlalələri əkilməyə başlayıb

Daha çox