1/

Dənizkənarı Bulvar İdarəsi yanında İctimai şuraya üzvlüyə namizədlərə dair tələblər və onların qeydiyyatı qaydası

31-05-2021

Dənizkənarı Bulvar İdarəsi yanında İctimai şuraya üzvlüyə namizədlərə dair tələblər və onların qeydiyyatı qaydası

Dənizkənarı Bulvar İdarəsinin fəaliyyət istiqamətləri üzrə şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İctimai şuranın yaradılması prosesinə başlanmışdır. Namizədlərə dair tələblər: - İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyət istiqamətlərinə uyğun sahələr üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşı İctimai şuranın üzvü ola bilər; - Hər bir vətəndaş cəmiyyəti institutu İctimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər; - Dənizkənarı Bulvar İdarəsinin işçiləri İdarənin yanında yaradılan İctimai şuraya üzv ola bilməzlər. Namizədlərə dair sənədlərin qəbulu, baxılması və qeydiyyatı Vətəndaş cəmiyyəti institutu müraciətinə İctimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir: 1. namizədin şəxsiyyət vəsiqəsinin surəti; 2. namizədin tərcümeyi-halı; 3. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti; 4. şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər). Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər. Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin 17 mart 2021-ci il tarixli 27 nömrəli Əmri ilə yaradılmış seçki komissiyası tərəfindən İctimai şuraya namizədliyini irəli sürmək istəyən şəxsin qeydiyyatı məsələsinə üç iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Seçki komissiyası vətəndaş cəmiyyəti institutlarının müraciəti əsasında birgə yığıncaqda iştirak edəcək təmsilçilərin qeydiyyatını aparır. Birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, seçki komissiyasına müraciət etməli və həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) info@bulvar.gov.az elektron poçt ünvanına göndərməlidirlər. Əlavə məlumat üçün Dənizkənarı Bulvar İdarəsinin Hüquq, insan resursları və sənədlərlə iş şöbəsi ilə əlaqə saxlanıla bilər. Əlaqələndirici şəxs: Dənizkənarı Bulvar İdarəsinin Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin aparıcı məsləhətçisi Vüsalə Əzizli, Tel: 012 404 95 96. Namizədlərin qeydiyyatı üçün sənədlərin qəbulunun son müddəti: 30.06.2021-ci il. Səsvermə ilə bağlı birgə yığıncaqda vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər. İctimai şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcəkdir. İctimai şuraya seçkinin vaxtı və keçiriləcəyi yer barədə məlumat rəsmi internet səhifəsi ilə elan ediləcəkdir.

Dənizkənarı Bulvar İdarəsi yanında İctimai Şuraya namizədliyi irəli sürmək üçün müraciət forması ilə İctimai Şura bölməsindən tanış ola bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

21-06-2021

Dənizkənarı Bulvarın 112-ci ildönümünə həsr olunmuş xeyriyyə-satış sərgisi keçirilib.

Daha çox
17-06-2023

Bakı Bulvarında voleybola dəstək marafonu

Daha çox
06-09-2021

Vətən müharibəsi iştirakçıları

Daha çox