Dənizkənarı Milli Parkda “Qələbə qaçışı” keçirildi
Dənizkənarı Milli Parkda “Qələbə qaçışı” keçirildi
Noyabrın 1-də Bakıda 6-cı “Qələbə qaçışı” keçirilib. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə “Qürurla irəli” şüarı ilə təşkil olunan xeyriyyə tədbiri Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin ildönümünə həsr olunub. İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometrlik məsafəni qət edib və eyni məkanda finişə çatıblar. Builki “Qələbə qaçışı”nın fəxri qonaqları arasında Vətən müharibəsi şəhidlərinin övladları da yer alıblar