1/

Himalay sidri

Flora

Himalay sidri

Himalay sidri (latınca Cedrus deodara) - Vətəni Himalayın şimal və qərb hissəsidir. Avropanın bir çox ölkələrinə introduksiya edilmişdir. Hündürlüyü 50 m-ə çatan iri ağacdır. Azərbaycanda Gəncə, Zaqatala, Qazax, Lənkəran, Bakı şəhərlərinin yaşıllıqlarında təsadüf edilir. Abşeronda orta dərəcədə suvarılan boz-qonur, qonur və boz torpaqlarda zəif olsa da, normal inkişaf edə bilir. Köhnə bulvar, Bayraq Meydanı ərazilərində çoxlu sayda əkilmişdir.

Bunu da bəyənə bilərsiniz

Sikas palması 

Daha çox

Barmaqvari finik və ya xurma  

Daha çox

Dəmirağac  

Daha çox