1/

Dənizkənarı Milli Parkda “Gecənin əfsanələri” adlı yarış, kartinq çempionatının finalı və drift şou keçirildi

20-07-2025

Dənizkənarı Milli Parkda “Gecənin əfsanələri” adlı yarış, kartinq çempionatının finalı və drift şou keçirildi

     İyulun 19-da Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, “Caspian Event Organisers” və Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində “Gecənin əfsanələri” (Legends of The Night) adlı yarış, kartinq çempionatının finalı və drift şou keçirilib.Dövlət Bayrağı Meydanında xüsusi hazırlanmış trasda 12 peşəkar pilot klassik dizaynla müasir texnologiyanı birləşdirən kompakt avtomobillərlə mübarizə aparıb. 25 dövrəlik gərgin mübarizənin yekununda birinci yerin sahibi Adil Axundov, ikinci yerin sahibi Fərid Quliyev, üçüncü yerin sahibi isə Elvin Xudaverdiyev olub.

 

     Tədbir çərçivəsində 12-15 yaşlı pilotlar arasında kartinq üzrə çempionatın final mərhələsi də keçirilib. 15 dövrəlik final yarışında qalib Teymur Rəhimov, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Rafiq Kazımlı və Ömər Şahmuradlı qazanıb.Axşam proqramı çərçivəsində drift-şou, avtomobil və motosikletlərlə ekstremal tryuklardan ibarət “Stunt Show”, eləcə də motosiklet şousu baş tutub. Şounun əsas ulduzları dünya üzrə 20-dən çox rekordun sahibi olan britaniyalı avtokaskadyor Terri Qrant, Böyük Britaniyanın çoxqat fristayl çempionu, motokaskadyor Li Bauers və İrlandiyadan olan peşəkar drift pilotu Neyl Qan olub.

DİGƏR XƏBƏRLƏR

18-05-2020

BULVARA GİRİŞƏ MƏHDUDİYYƏT ARADAN QALDIRILDI

Daha çox
20-01-2020

Dənizkənarı Bulvar İdarəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Daha çox
12-12-2023

XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILIB

Daha çox