Adi zirinc (lat. Berberis vulgaris) — zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Orta Avropa, Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Rusiya və Qafqazda yayılmışdır. Adi zirinc Azərbaycanın bütün rayonlarında arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir. Köhnə bulvar ərazisində əkilmişdir.